Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib
# 17 fevral 2011 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 288 bəndədək, S&P 500 0,6% - 1 336 bəndədək, Nasdaq 0,8% - 2 826 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinə Federal Ehtiyat Sisteminin iclas təsir edib. Belə ki, FES-in Açıq bazarda əməliyyatları üzrə Komitəsinin iclasının yekun protokolunda ölkə iqtisadiyyatının müsbət perspektiv və proqnozlar əks olunub.
Avropa fond bazarlarında fevralın 16-da FTSE 100 indeksi 0,8% - 6 085 bəndədək, Fransa CAC-40-ı 1% - 4 151 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 414 bəndədək yüksəlib.
Fevralın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 375,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3569 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR