Bank Of Baku

Avropa fond indeksləri enib

Avropa fond indeksləri enib
# 22 fevral 2011 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Avropa fond bazarlarında fevralın 21-də FTSE 100 indeksi 1,1% - 6 015 bəndədək, Fransa CAC-40-ı 1,4% - 4 097 bəndədək, Almaniya DAX-ı 1,4% - 7 322 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, Avropada kotirovkaların enməsi əsasən maliyyə qurumların səhmləri üzrə müşahidə olunub, enerji şirkətlərin səhmləri isə bahalaşıb.
Fevralın 21-də Prezidentlər Günü münasibəti ilə Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət gündə isə Dow Jones indeksi 0,6% - 12 391 bəndədək, S&P 500 0,2% - 1 343 bəndədək, Nasdaq 0,1% - 2 834 bəndədək yüksəlib.
Fevralın 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 406,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3590 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR