Bank Of Baku

BFB-da 4 mln. manatlıq 10300631S seriyalı DQİ emissiyası yerləşdirilib

BFB-da 4 mln. manatlıq 10300631S seriyalı DQİ emissiyası yerləşdirilib
# 22 fevral 2011 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10300631S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 575 500 manat təşkil edib. Sifarişlər 99,11% (gəlirlik 1,80%) – 98,76% (gəlirlik 2,52%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,11% (gəlirlik 1,80%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 806 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin avqustun 23-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR