Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib
# 24 fevral 2011 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50100830S seriyalı, ümumi həcmi 20 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 7 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 35 390 500 manat təşkil edib. Sifarişlər 99,8941% (gəlirlik 1,16%) – 99,8171% (gəlirlik 2,00%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri isə 99,8941% (gəlirlik 1,16%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 1 638 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 15 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin martın 28-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR