Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,6% yüksəlib
# 25 fevral 2011 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 068 bəndədək, S&P 500 0,1% - 1 306 bəndədək enib, Nasdaq 0,6% - 2 738 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, Yaxın Şərqdə, xüsusən də Liviyada yaranmış gərginliyin ABŞ fond bazarına mənfi təsir etməsində davam edir.
Avropa fond bazarlarında fevralın 24-də FTSE 100 indeksi 0,1% - 5 920 bəndədək, Fransa CAC-40-ı 0,1% - 4 010 bəndədək, Almaniya DAX-ı 0,9% - 7 131 bəndədək enib. Neftin bahalaşması neft şirkətlərinin səhmlərini bahalaşdırır. Belə ki, «Total»in səhmləri 1,5%, «ENI»nin səhmləri 1,3%, «BP»nin səhmləri 0,9%, «Repsol»un səhmləri 1,6% bahalaşıb.
Fevralın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 415,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3829 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR