Bank Of Baku

BFB-da 10800132S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 10800132S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 25 fevral 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10800132S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 13 328 200 manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 5,00%) – 100,01% (gəlirlik 5,00%) qiymət intervalında təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 199 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 2 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2014-cü ilin fevralın 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR