Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,04% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,04% yüksəlib
# 01 mart 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 226 bəndədək, S&P 500 0,6% - 1 327 bəndədək, Nasdaq 0,04% - 2 782 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, bir sıra iri şirkətlərin hesabatları ABŞ fond bazarına müsbət təsir edib.
Avropa fond bazarlarında fevralın 28-də FTSE 100 indeksi 0,1% - 5 994 bəndədək enib, Fransa CAC-40-ı 1% - 4 110 bəndədək, Almaniya DAX-ı 1,2% - 7 272 bəndədək yüksəlib.
Fevralın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 409,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3806 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR