Bank Of Baku

AGBI indeksi 1,0273, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0273, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib
# 02 mart 2011 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0272 bənd və ya 2,7% artaraq mart ayının 2-nə 1,0273 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0203 bənd və ya 2% azalaraq 1,0001-ə bərabər olub.
Martın 1-də 5 mln. manat həcmində dövlət istiqrazları emissiyası yerləşdirilib ki, nəticədə bazarın kapitallaşması artıb və bu, AGBI indeksinin artmasında əksini tapıb.
AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR