Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib
# 03 mart 2011 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 067 bəndədək, S&P 500 0,2% - 1 308 bəndədək, Nasdaq 0,4% - 2 748 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsasən korporativ hesabatlar təsir edib.
Avropa fond bazarlarında martın 2-də FTSE 100 indeksi 0,4% - 5 915 bəndədək, Fransa CAC-40-ı 0,8% - 4 034 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 181 bəndədək enib.
Avropada «Barclays»ın səhmləri 0,4%, «Deutsche Bank»ın səhmləri 0,3% bahalaşıb, «Societe Generale»in səhmləri 1,3%, «Royal Bank of Scotland»ın səhmləri 0,2%, «Eni»nin səhmləri 0,2%, «Royal Dutch Shell»in səhmləri 0,6%, «Total»in səhmləri 0,2% ucuzlaşıb.
Martın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 436,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3859 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR