Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 1,7%, Nasdaq 1,8% yüksəlib

Dow Jones indeksi 1,6%, S&P 500 1,7%, Nasdaq 1,8% yüksəlib
# 04 mart 2011 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 12 259 bəndədək, S&P 500 1,7% - 1 331 bəndədək, Nasdaq 1,8% - 2 799 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə məşğulluq bazarı üzrə müsbət göstəricilər təsir edib.
Avropa fond bazarlarında martın 3-də FTSE 100 indeksi 1,5% - 6 005 bəndədək, Fransa CAC-40-ı 0,7% - 4 061 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 226 bəndədək yüksəlib.
Martın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 416,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3956 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR