Bank Of Baku

Dow Jones indeksi 0,01%, S&P 500 0,1%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,01%, S&P 500 0,1%, Nasdaq 0,5% enib
# 10 mart 2011 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 12 213 bəndədək, S&P 500 0,1% - 1 320 bəndədək, Nasdaq 0,5% - 2 752 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, əvvəlki günlər olduğu kimi martın 9-da da ABŞ fond bazarına neftin qiymətinin dinamikası təsir edib. Belə ki, neftin bahalaşması bazarda kotirovkalara azaldıcı amil kimi çıxış edib.
Həmin tendensiya Avropa fond bazarlarında da müşahidə olunub. Nəticədə, martın 9-da FTSE 100 indeksi 0,6% - 5 973 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 994 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 132 bəndədək enib. Avropada «Royal Bank of Scotland»ın səhmləri 0,2%, «Societe Generale»in səhmləri 1,8%, «Deutsche Bank»ın səhmləri 2%, «Eni»nin səhmləri 1%, «Total»in səhmləri 1,3%, «Royal Dutch Shell»in səhmləri 1,3%.
Martın 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 429,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3876 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR