Bank Of Baku

Dow Jones indeksi 1,9%, S&P 500 1,9%, Nasdaq 1,8% enib

Dow Jones indeksi 1,9%, S&P 500 1,9%, Nasdaq 1,8% enib
# 11 mart 2011 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 11 985 bəndədək, S&P 500 1,9% - 1 295 bəndədək, Nasdaq 1,8% - 2 701 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi əsasən makroiqtisadi göstəricilərin təsiri altında baş verib.
Avropa fond bazarlarında martın 10-da FTSE 100 indeksi 1,6% - 5 845 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 964 bəndədək, Almaniya DAX-ı 1% - 7 063 bəndədək enib. Avropada «Barclays»ın səhmləri 1,3%, «Societe Generale»in səhmləri 0,9%, «BBVA»nın səhmləri 1,7%, «Santander»in səhmləri 1,4%, «Eni»nin səhmləri 1%, «Total»in səhmləri 1,2%, «Royal Dutch Shell»in səhmləri 2% ucuzlaşıb.
Martın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 413,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3822 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR