Bank Of Baku

BFB-da 10300931S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10300931S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 11 mart 2011 15:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10300931S seriyalı, dövlət qeydiyyatından keçmiş dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5,023 mln. manat təşkil edib. Sifarişlər 99,26% (gəlirlik 1,50%) – 98,77% (gəlirlik 2,50%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,26% (gəlirlik 1,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin sentyabrın 9-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR