Bank Of Baku

AGBI indeksi 1,0086, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0086, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib
# 14 mart 2011 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0085 bənd və ya 0,9% artaraq mart ayının 14-nə 1,0086 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.
Martın 11-də 4,5 mln. manat həcmində dövlət istiqrazlarının iki buraxılışı dövriyyədən çıxarılması, 6 mln. manat həcmində iki buraxılışın yerləşdirilməsi nəticəsində bazarın kapitallaşması artıb. Bu, AGBI indeksinin artmasına təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR