Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% enib
# 15 mart 2011 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 993 bəndədək, S&P 500 0,6% - 1 296 bəndədək, Nasdaq 0,5% - 2 701 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, son günlərdə olduğu kimi martın 14-də də ABŞ fond bazarı Yaponiyada baş verən hadisələrin təsiri altında olub. Artıq məlumdur ki, zəlzələlər və sunami Yaponiya iqtisadiyyatına ciddi zərbə vurub və bu, investorların narahatlığına səbəb olub.
Həmin amillər Avropa fond bazarlarında da müşahidə olunur. Nəticədə, martın 14-də FTSE 100 indeksi 0,9% - 5 775 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 878 bəndədək, Almaniya DAX-ı 1,7% - 6 867 bəndədək enib.
Martın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 414,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3919 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR