Bank Of Baku

BFB-da 10101031S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10101031S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 15 mart 2011 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10101031S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 7 190 300 manat təşkil edib. Sifariş 99,93% (gəlirlik 0,73%) qiymət ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,93% (gəlirlik 0,73%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 1 190 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 6 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin aprelin 19-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR