Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,1%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,1%, Nasdaq 1,3% enib
# 16 mart 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 11 885 bəndədək, S&P 500 1,1% - 1 282 bəndədək, Nasdaq 1,3% - 2 667 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına Yaponiya iqtisadiyyatının bərpası barədə fikir və proqnozların ciddi təsiri davam edir.
Avropa fond bazarlarında martın 15-də FTSE 100 indeksi 1,4% - 5 695 bəndədək, Fransa CAC-40-ı 2,5% - 3 781 bəndədək, Almaniya DAX-ı 3,2% - 6 648 bəndədək enib.
Martın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 396,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3969 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR