Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib
# 16 mart 2011 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101130S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 31 979 300 manat təşkil edib. Sifarişlər 99,9226% (gəlirlik 1,00%) – 99,6126% (gəlirlik 5,00%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,9218% (gəlirlik 1,01%), orta ölçülmüş qiyməti isə 99,9221% (gəlirlik 1,00%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 939 900 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 15 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin aprelin 13-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR