Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 2%, Nasdaq 1,9% enib

Dow Jones indeksi 2%, S&P 500 2%, Nasdaq 1,9% enib
# 17 mart 2011 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 16-da Amerika fond bazarında Dow Jones indeksi 2% - 11 613 bəndədək, S&P 500 2% - 1 257 bəndədək, Nasdaq 1,9% - 2 617 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ, həmçinin Avropa fond bazarlarına təsir edən amillər sırasında xarici amillər üstünlük təşkil edib. Belə ki, Yaponiyada baş vermiş təbii fəlakətin dünya iqtisadiyyatının bərpasına mənfi təsiri barədə ehtimalların güclənməsi və Yaxın Şərq və Şimali Afrikada siyasi gərginliyin hələ də qalması fond bazarlarına mənfi təsir edir.
Avropa fond bazarlarında martın 16-da FTSE 100 indeksi 1,7% - 5 598 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3 697 bəndədək, Almaniya DAX-ı 2% - 6 514 bəndədək enib.
Martın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 393,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3925 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR