Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi martın 29-da keçiriləcək

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi martın 29-da keçiriləcək
# 18 mart 2011 08:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi 2011-ci ilin martın 29-da Bakı Fond Birjasında həyata keçiriləcək və hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar nominala 100,5917 qiyməti ilə satışa çıxarılacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun istiqrazları 2010-cu il noyabrın 19-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir, istiqrazların ödəmə tarixi 11 dekabr 2017-ci ildir. Bu istiqrazların yerləşdirilməsinə cari ilin yanvarın 17-də başlanılıb və hərraclarda bu günədək 16 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR