Bank Of Baku

BFB-da 10201131S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10201131S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 18 mart 2011 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10201131S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 678 000 manat təşkil edib. Sifarişlər 99,73% (gəlirlik 1,09%) – 99,50% (gəlirlik 2,02%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,68% (gəlirlik 1,29%), orta ölçülmüş qiymət isə emitent tərəfindən 99,69% (gəlirlik 1,25%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin iyunun 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR