Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib
# 19 mart 2011 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 11 859 bəndədək, S&P 500 0,4% - 1 279 bəndədək, Nasdaq 0,3% - 2 664 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi amillər təsir edib.
Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0,4% - 5 718 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 810 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 664 bəndədək yüksəlib.
Martın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 416,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4182 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR