Bank Of Baku

AGBI indeksi 0,9384, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9384, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib
# 19 mart 2011 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0617 bənd və ya 6,2% azalaraq mart ayının 19-na 0,9384 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.
Martın 18-də iki dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb, bir buraxılış isə yerləşdirilib. Dövriyyədən çıxarılan buraxılışların ümumi həcmi 15,160 mln. manat, yerləşdirmənin həcmi isə 5 mln. manat olduğuna görə bazarın kapitallaşması azalıb və bu, AGBI indeksinin azalmasında əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR