Bank Of Baku

Dünya bazarında qızılın qiyməti rekord həddə çatıb

Dünya bazarında qızılın qiyməti rekord həddə çatıb
# 25 mart 2011 10:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Liviya hadisələri və Portuqaliyadakı hökumət böhranı dünya bazarında qızılı rekord həddə qədər bahalaşdırıb. “APA-Economics”in məlumatına görə, martın 24-də birjalarda qızılın qiyməti növbəti tarixi maksimuma - 1 unsiya üçün 1447,82 dollara çatıb. Qızılla eyni vaxtda gümüş də bahalaşaraq son 31 ildə ən yüksək qiymətə yüksəlib – 1 unsiya üçün 38,16 dollar. Gümüşün bundan yuxarı qiyməti yalnız 1980-ci ildə qeydə alınıb - 50 dollar.

Qiymətli metalların bahalaşmasının səbəbi Liviya və Portuqaliyada baş verənlər olub. Sərmayədarlar Liviyada Qərb ölkələrinin apardığı hərbi əməliyyatlar və Portuqaliyadakı iqtisadi böhranın nəticələrindən (martın 23-də Portuqaliyada parlament hökumətin anti-böhran proqramını qəbul etməkdən imtina etdiyinə görə baş nazir istefa verib) narahat olaraq pullarını qiymətli metallara yatırmağa başlayıblar. “U.S. Gold”un məlumatına əsasən qızılın və digər qiymətli metalların qiymətinin bundan sonra da artacağı gözlənilir və yaxın 3-4 ildə qızılın unsiyası 5 min dollardan baha olacaq.

Qeyd edək ki, 2010-cu ildə qızıl 30% bahalaşıb. Qızılın qiymət artımı ardıcıl 10 ildir davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR