Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib
# 28 mart 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 221 bəndədək, S&P 500 0,3% - 1 314 bəndədək, Nasdaq 0,2% - 2 743 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında martın 25-də FTSE 100 indeksi 0,3% - 5 901 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 972 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 946 bəndədək yüksəlib.
Martın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 427,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4059 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR