Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,5% enib
# 29 mart 2011 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 198 bəndədək, S&P 500 0,3% - 1 310 bəndədək, Nasdaq 0,5% - 2 731 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında əməliyyatların məcmu həcmi nisbətən az olub ki, bu da ərəb dünyasında siyasi gərginlik və Yaponiyada baş verə biləcək nüvə böhranı səbəbindən maliyyə bazarlarında yaranmış qeyri-müəyyənliyi əks etdirir. Nəticədə, bazarda mənfi dinamika üstünlük təşkil edib.
Avropa fond bazarlarında martın 28-də FTSE 100 indeksi 0,1% - 5 905 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 977 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 6 939 bəndədək enib.
Martın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 419,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4092 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR