Bank Of Baku

BFB-da 10301231S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10301231S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 29 mart 2011 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10301231S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 9 034 600manat təşkil edib. Sifarişlər 98,77% (gəlirlik 2,50%) – 99,27% (gəlirlik 1,47%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,26% (gəlirlik 1,50%), orta ölçülmüş qiymət isə emitent tərəfindən 99,27% (gəlirlik 1,47%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin sentyabrın 27-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR