Bank Of Baku

BFB-da 10500433S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10500433S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 29 mart 2011 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500433S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 7 833 300 manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 4,00%) – 100,58% (gəlirlik 3,41%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və ortaölçülü qiymətləri 100,58% (gəlirlik 3,41%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin martın 27-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR