Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 1% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 1% yüksəlib
# 30 mart 2011 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 279 bəndədək, S&P 500 0,7% - 1 319 bəndədək, Nasdaq 1% - 2 757 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında bir sıra iri şirkətlərin müsbət hesabatları kotirovkaların yüksəlməsinə səbəb olub.
Avropa fond bazarlarında martın 29-da FTSE 100 indeksi 0,5% - 5 932 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 988 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 6 934 bəndədək enib.
Martın 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 417,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4093 (+0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR