Bank Of Baku

AGBI indeksi 1,0459, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0173 təşkil edib

AGBI indeksi 1,0459, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0173 təşkil edib
# 30 mart 2011 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0458 bənd və ya 4,6% artaraq mart ayının 30-na 1,0459 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0172 bənd və ya 1,7% artaraq 1,0173-ə bərabər olub.
Martın 29-da dövlət istiqrazların iki buraxılışı yerləşdirilib, yerləşdirilmiş emissiyaların həcmi 7 mln. manat təşkil edib. Nəticədə, bazarın kapitallaşmasının artması AGBI indeksinin yüksəlməsinə səbəb olub.
Bundan əlavə ipoteka istiqrazlarının növbəti tranşı yerləşdirilib. Tranşın həcmi 3 mln. manata bərabər olub ki, yerləşdirmədən sonra 60 mln. manatıq sonuncu emissiyanın dövriyyədə olan hissəsi 19 mln. manata çatıb. Bu yerləşdirmə AMFBI indeksinə artırıcı təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR