Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,7% yüksəlib
# 31 mart 2011 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 351 bəndədək, S&P 500 0,7% - 1 328 bəndədək, Nasdaq 0,7% - 2 777 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə ilk növbədə ölkənin məşğulluq bazarından müsbət məlumatlar təsir edib. Belə ki, mart ayında ABŞ-da iş yerlərinin sayı 201 min artıb ki, bu da ölkə iqtisadiyyatının bərpası əlaməti kimi qiymətləndirilir.
Avropa fond bazarlarında martın 30-da FTSE 100 indeksi 0,3% - 5 948 bəndədək, Fransa CAC-40-ı 0,9% - 4 024 bəndədək, Almaniya DAX-ı 1,8% - 7 057 bəndədək yüksəlib.
Martın 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 428,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4141 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR