Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,3% yüksəlib
# 04 aprel 2011 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 377 bəndədək, S&P 500 0,3% - 1 332 bəndədək, Nasdaq 0,3% - 2 790 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında aprelin 1-də FTSE 100 indeksi 1,7% - 6 010 bəndədək, Fransa CAC-40-ı 1,6% - 4 055 bəndədək, Almaniya DAX-ı 2% - 7 180 bəndədək yüksəlib.
Aprelin 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 431,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4221 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR