Bank Of Baku

BFB-da 10101331S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10101331S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 05 aprel 2011 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10101331S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 995 400 manat təşkil edib. Sifarişlər 99,91% (gəlirlik 0,94%) – 99,90% (gəlirlik 1,04%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,91% (gəlirlik 0,94%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 990 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin mayın 10-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR