Bank Of Baku

Bu gün BFB-da Mərkəzi Bankın 50101330S seriyalı 20 mln. manatlıq not emissiyası yerləşdirilib

Bu gün BFB-da Mərkəzi Bankın 50101330S seriyalı 20 mln. manatlıq not emissiyası yerləşdirilib
# 06 aprel 2011 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101330S saylı, ümumi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat , bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərracda 7 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 52 511,9 min manat təşkil edib. Sifarişlər 99,9226% (gəlirlik 1,00%) və 99,8800% (gəlirlik 1,54%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,9200% (gəlirlik 1,03%), orta ölçülmüş qiymət isə 99,9223% (gəlirlik 1,00%) səviyyəsində müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi, 4,001 mln. manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20,0 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı öhdəliklər emitent tərəfindən 2011-ci ilin mayın 4-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR