Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 07 aprel 2011 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 427 bəndədək, S&P 500 0,2% - 1 336 bəndədək, Nasdaq 0,3% - 2 800 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi makroiqtisadi göstəricilərin təsiri altında baş verib.
Avropa fond bazarlarında aprelin 6-da FTSE 100 indeksi 0,6% - 6 041 bəndədək, Fransa CAC-40-ı 0,2% - 4 048 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 215 bəndədək yüksəlib. Avropa Mərkəzi Bank tərəfindən faiz dərəcəsini artırmaq ehtimalı maliyyə sektorunda kotirovkaların yüksəlməsinə səbəb olub. Bundan başqa “Commerzbank”ın dövlətə 14,3 mlrd. avro məbləğində borcun yaxın zaman qaytarılması barədə məlumatlar da müsbət təsir edib.
Aprelin 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% artaraq 1 456,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4307 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR