Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,1% enib
# 08 aprel 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 410 bəndədək, S&P 500 0,2% - 1 334 bəndədək, Nasdaq 0,1% - 2 796 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına əsasən xarici amillər təsir edib. O cümlədən, aprelin 7-də Yaponiyada 7,1 bal gücündə baş vermiş yeni zəlzələdən sonra bazarda mənfi dinamika yaranıb.
Avropa fond bazarlarında aprelin 7-də FTSE 100 indeksi 0,6% - 6 007 bəndədək, Fransa CAC-40-ı 0,5% - 4 028 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 179 bəndədək enib.
Aprelin 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 466,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4392 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR