Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,6% enib
# 11 aprel 2011 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 380 bəndədək, S&P 500 0,4% - 1 328 bəndədək, Nasdaq 0,6% - 2 780 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, bu həftə ərzində ABŞ-da korporativ hesabatların açıqlanması dövrü başlayır və bunun ərəfəsində investorlar müəyyən dərəcədə ehtiyatlı mövqedən çıxış edirlər. Nəticədə, bazarda mənfi dinamika formalaşıb.
Avropa fond bazarlarında aprelin 8-də FTSE 100 indeksi 0,8% - 6 056 bəndədək, Fransa CAC-40-ı 0,8% - 4 062 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 217 bəndədək yüksəlib.
Aprelin 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 474,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4462 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR