Bank Of Baku

BFB-da 10301531S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10301531S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 12 aprel 2011 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10301531S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 619 300 manat təşkil edib. Sifarişlər 99,23% (gəlirlik 1,56%) – 99,01% (gəlirlik 2,01%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,23% (gəlirlik 1,56%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 599 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin oktyabrın 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR