Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 4,010 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 4,010 mln. dollarlıq əqdlər bağlanılıb
# 12 aprel 2011 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7913 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7913 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alının əqdlərin həcmi 562 320 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7913 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 2 613 600 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7913 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 4,010 mln. dollar və ya 3 175 920 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

EUR/AZN T+0 aləti üzrə həcmi 4,785 mln. avro təşkil edən, ortaölçülü məzənnəsi isə 1 EUR üçün 1,1332 AZN-ə bərabər olan əqd bağlanılıb.

Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 14,70%, ABŞ dolları üzrə isə illik 15,00% təşkil edib. Gün ərzində banklar arasında həcmi 2,5 mln. AZN, müddəti 91 gün, illik faiz dərəcəsi isə 8,00% olan əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR