Bank Of Baku

AGBI indeksi 1,0188, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0188, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 13 aprel 2011 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0187 bənd və ya 1,9% artaraq aprel ayının 13-nə 1,0188 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.
Aprelin 12-də 3 mln. manat həcmində dövlət istiqrazların bir buraxılışın yerləşdirilməsindən sonra bazar kapitallaşması artıb və bu, AGBI indeksinin artmasında öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR