Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 0,8%, Nasdaq 1% enib

Dow Jones indeksi 1%, S&P 500 0,8%, Nasdaq 1% enib
# 13 aprel 2011 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 12-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 12 264 bəndədək, S&P 500 0,8% - 1 314 bəndədək, Nasdaq 1% - 2 745 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da kotirovkaların dinamikasına xarici amillər təsir edib. O cümlədən, «Fukusima-1» AES-də ən yüksək 7 bal səviyyəsində təhlükənin elan edilməsi barədə məlumat investorlar arasında mənfi ehtimallar yaradıb ki, nəticədə bazarda kotirovkalar enib.
Həmin amil həmçinin Avropa fond bazarlarında əsas amillərdən biri olub. Nəticədə, aprelin 12-də FTSE 100 indeksi 1,5% - 5 965 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 977 bəndədək, Almaniya DAX-ı 1,4% - 7 103 bəndədək enib.
Aprelin 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 458,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4481 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR