Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,02%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,02%, Nasdaq 0,6% yüksəlib
# 14 aprel 2011 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 271 bəndədək, S&P 500 0,02% - 1 314 bəndədək, Nasdaq 0,6% - 2 762 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da kotirovkaların yüksəlməsinə əsasən korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında aprelin 13-də FTSE 100 indeksi 0,8% - 6 010 bəndədək, Fransa CAC-40-ı 0,8% - 4 006 bəndədək, Almaniya DAX-ı 1,1% - 7 178 bəndədək yüksəlib.
Aprelin 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 459,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4454 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR