Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,01% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,01% yüksəlib, Nasdaq 0,1% enib
# 15 aprel 2011 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 285 bəndədək, S&P 500 0,01% - 1 315 bəndədək yüksəlib, Nasdaq 0,1% - 2 760 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkalara korporativ xəbərlər və hesabatlar təsir edib və bu səbəbdən bazarda vahid dinamika müşahidə olunmayıb.
Avropa fond bazarlarında aprelin 14-də FTSE 100 indeksi 0,8% - 5 964 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 970 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 147 bəndədək enib.
Aprelin 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 474,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4473 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR