Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% yüksəlib
# 18 aprel 2011 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 342 bəndədək, S&P 500 0,4% - 1 320 bəndədək, Nasdaq 0,2% - 2 765 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında dinamika korporativ hesabatlardan asılı olub.
Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi 0,5% - 5 996 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 975 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 178 bəndədək yüksəlib.
Aprelin 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 486,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4382 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR