Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdirilib
# 18 aprel 2011 11:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 60 mln. manat təşkil edən, AZ200300868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 3 mln. manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azərbaycan İpoteka Fondundan «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 2 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 34,920 mln. manat təşkil edib və nəticədə hərraca çıxarılmış tranş tam həcmdə yerləşdirilib.

Beləliklə, bu istiqraz buraxılışının dövriyyədə olan həcmi 22 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR