Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq 1,1% enib
# 19 aprel 2011 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 12 202 bəndədək, S&P 500 1,1% - 1 305 bəndədək, Nasdaq 1,1% - 2 735 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında mənfi dinamikaya «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi tərəfindən ABŞ-ın reytinqi üzrə proqnozun «sabit»dən «neqativ»ə endirilməsi barədə məlumatın açıqlanmasından sonra baş verib.
Həmin xəbər Avropa fond bazarlarına da mənfi təsir edib. Nəticədə, aprelin 18-də FTSE 100 indeksi 2,1% - 5 870 bəndədək, Fransa CAC-40-ı 2,4% - 3 881 bəndədək, Almaniya DAX-ı 2,1% - 7 027 bəndədək enib.
Aprelin 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 491,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4225 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR