Bank Of Baku

BFB-da 10101631S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10101631S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 19 aprel 2011 15:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10101631S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 5 990 500 manat təşkil edib. Sifariş 99,90% (gəlirlilik 1,04%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,90% (gəlirlilik 1,04%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 990 500 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin mayın 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR