Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,2665, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,2665, AMFBI indeksi 1,0001 təşkil edib
# 21 aprel 2011 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0304 bənd və ya 3% azalaraq aprel ayının 21-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2665 bənd və ya 26,7% artaraq 1,2665 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması aprelin 20-də notların emissiyasının yerləşdirilməsi və bazarın kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib. Qeyd edək ki, yerləşdirmənin həcmi 20 mln. manat olub.
AGBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR