Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,4%, Nasdaq 2,1% yüksəlib

Dow Jones indeksi 1,5%, S&P 500 1,4%, Nasdaq 2,1% yüksəlib
# 21 aprel 2011 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 20-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 12 454 bəndədək, S&P 500 1,4% - 1 330 bəndədək, Nasdaq 2,1% - 2 805 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların artması bir sıra müsbət makroiqtisadi göstəricilərin açıqlanmasından baş verib.

Avropa fond bazarlarında aprelin 20-də FTSE 100 indeksi 2,1% - 6 022 bəndədək, Fransa CAC-40-ı 2,5% - 4 005 bəndədək, Almaniya DAX-ı 3% - 7 249 bəndədək yüksəlib.

Aprelin 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 506,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4568 (+1,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR