Bank Of Baku

AGBI indeksi 1,0296, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0296, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 25 aprel 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0295 bənd və ya 3% artaraq aprel ayının 25-nə 1,0296 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2665 bənd və ya 21% azalaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.
AGBI indeksinin artması aprelin 22-də həcmi 5 mln. manat olan bir dövlət istiqrazların buraxılışının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR